Azərbaycan parlamentində “casus qalmaqalı”
Azərbaycan parlamentinin cümə günü iclasında “casus qalmaqalı” məsələsi müzakirə edilib.
Faktxəbər-in məlumatına görə, Deputat Zahid Oruc iki gün öncə ölkə matbuatında yer alan “casus qalmaqalı” məəsləsinə toxunub və bundan sonra məsələ qızışıb. Z.Oruc ad çəkmədən ölkədəki xarici səfrilikləri Azərbaycanda xarici kapital gücülə inqilab etmək istəyində suçlayıb.
Z.Oruca cavab olaraq parlament sədri Oktay Əsədov ABŞ səfirliyinin keçmiş əməkdaşı, hazırda Londonda yaşayan Rebeka Vinsentinin fəaliyyətini təftiş edib. “Azərbaycanda keçirilməsi gözlənilən olimpiadanı indidən boykot etmək çağırışları səsləndirir, onun hətta ləqəbi də vardı, bunu hamı bilir, ona “Mildei” deyirdilər. Belə “mildei”lər hələ çox olacaq, belə çağırışlara diqqətli olmalıyıq”-deyə O.Əsədov bildirib.
Jurnalist Eynulla Fətullayev “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalə yazıb. Yazıda ABŞ Senatı aparatının iki əməkdaşı Con Zadrozni ilə Daniel Vajdiçinin yanvar ayında Bakı səfərinə toxunulur. Yazıda vu iki şəxsin Bakıda “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovayla ölkədəki ictimai-siyasi durum müzakirə etməsi vurğulanır. E.Fətullayev X.İsmayılovanın amerikalı nümayəndələrə ölkə müxalifəti və jurnalistlərlə bağlı siyahı verdiyi və siyahıda adları çəkilənlərin hakimiyyətə işlədiyi iddia olunur.