İranın sahil futbolu üzrə yığma komandası Rusiya yığmasını məğlub edərək, dünya çempionu oldu.
İranın sahil futbolu üzrə yığma komandası şənbə günü gecə 3-cü qitələrarası çempionatın Dubayda keçirilən final görüşündə son dərəcə gözəl bir oyun nümayiş etdirərək, Rusiya yığmasını 4-3 hesabı ilə məğlub edərək, qəhrəmanlıq titulunu özünə aid edib.
İran yığması bu dövr yarışların birinci oyununda da Rusiya yığmasını məğlub edə bilmişdi.
Rusiyanın sahil futbolu üzrə yığma komandası 2013-cü ild dünya çempionatında qəhrəmanlıq titulunu özünə aid etmişdi.
İran finalda Rusiya yığması ilə qarşılaşmazdan öncə Braziliya, İtaliya və Birləşmiş Ərəb Əmirlikləri yığmalarını da darmadağın etmişdi.