İran İslam Respublikası prezidenti deyib ki, İran dövlətinin regiondakı xarici siyasəti, region ölkələri ilə artıq anlaşma və həmkarlıq əsasında sabitlik və təhlükəsizliyin yaradılmasıdır.
İran İslam Respublikası prezidenti- Həsən Ruhani Tehranda Livan parlamentinin sədri- Nəbih Berri ilə görüşdə Yaxın Şərq məntəqəsinin son dərəcə həssas məntəqə olmasına işarə edərək, əlavə edib: Müstəmləkəçilik əllərinin İsrail adında saxta bir rejim yaratdıqları zamandan bəri regionun problemləri ikiqat artıb.
Ruhani əlavə edib: Ötən altmış beş il ərzində regionda yaranmış hər bir problemdə sionistlərin ayaq izləri görünür.
İran İslam Respublikası prezidenti eyni zamanda vurğulayıb: Regionun nicatı üçün xalqları bir-birinə yaxınlaşdırmaq və onların arasında birlik yaratmaqdan başqa bir yol yoxdur.
Ölkə prezidenti bildirib ki, qüdrətlər daim dini və etnik ixtilaflar salmaqla özləri üçün mənfəət əldə edirlər. O, söyləyib: Son illərdə xarici iştirak və müdaxilərlə regionda problemlər və sabitliyin azalması şiddətlənibdir və elə bir gün yoxdur ki, Əfqanıstanda, İraqda, Yəməndə, Suriyada və hətta son zamanlar Livanda qırğın və qanaxıdılması olmasın.
Ruhani həmçinin İranın Livandakı səfirliyi önündəki terror hadisələrini bu illərdə regionda baş vermiş diqqətediləsi hadisələrdən adlandırıb və deyib ki, bu kimi olaylar İran və Livan xalqları kimi böyük xalqları özlərinin uzun və mühüm hədəflərindən saxlamayacaqdır.
İran İslam Respublikasının prezidenti Suriya məsələsinə də işarə edib və belə deyib: Son dərəcə mühüm və nigaranedici problemlərdən biri, bütün regiondan və hətta regiondankənar ölkələr daxil olmaqla digər ölkələrdən olan peşəkar terrorçuların Suriyada toplanmalarıdır.
Livan məclisinin sədri də İranın Livandakı səfirliyi önündə baş vermiş terror hadisəsinə işarə edərək, deyib: Bu partalyış bu ölkədə bütün xalq təbəqələri, dinlər, firqələr və siyasi təmayüllər tərəfindən pislənilibdir.