İranXƏBƏRLƏR

Narkotik maddələr üzrə problemlərin həlli beynəlxalq əməkdaşlıqlardan asılıdır

 İranın Narkotik Maddələri üzrə Baş Qərargahının sədr əvəzi Əfqanıstanda narkotik probleminin yeganə həll yolunu, ölkələrin beynəlxalq və regional səviyyədə əməkdaşlıqlarından asılı olduğu deyib.

 

İRNA-nın məlumatına görə, “Taha Taheri” Cümə günü (29 noyabr) dünyanın 12 ölkəsindən narkotik maddələrlə mübarizə aparan qurumların təmsilçilərinin iştirakı ilə və narkotik qaçaq malçılığın və xaşxaşn becərilməsinin azalması çünü Əfqanıstan ilə həmsərhəd dövlətlərin rolu barədə Tacikistan paytaxtı Düşənbədə keçiilən iclasda açıqlayıb: Əfqanıstan sərhədindəki Ölkələr yaxşı iqtisadi və təhlükəsizlik təşəbbüsləri ilə Əfqanıstanda tiryək və xaşxaş istehsalını başqa məhsullara çevrilməsi üçün bu ölkəyə kömək etməlidirlər.

Yığıncaqda həmçinin, digər ölkələrin nümayəndələri Əfqanıstan ərazisində xaşxaşın becərilməsi və narkotik istehsalı həcminin artmasından nigaranlıq hissi keçiriblər.

Əfanıstan ilə həmsərhəd ölkələr və digər ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən bu iclasda Əfqanıstanda xaşxşaın becərilməsi və narkotik maddələrlə mübarizələrin kifayət qədər olmadığı üzərində təkid edilib.

İclasda İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya, Çin, Amerika, Türkiyə, Tacikistan, BMT və Avropa İttifqaı nümayəndələri iştirak ediblər.

İclasın yekun bəyannaməsində növbəti iclasın Tehranda keçiriləcəyi barədə qərara qəbul edilib.

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu