İranXƏBƏRLƏR

İranda günəş enerjisi ilə işləyən ilk dondurucunun təqdimat mərasimi olub

İranın Maddələr və Enerji Tədqiqat Mərkəzinin direktoru İranda günəş enerjisi ilə işləyən ilk dondurucunun həmin mərkəzdə istehsalından xəbər verib.

Dr.Əli Əsğər Tofiq ,bu cihazın istehsalında istifadə edilən bütün təchizatların ölkə daxilində istehsal edildiyini deyərək, vurğulayıb: Günəş enerjisi ilə işləyən dondurucunun əsas özəlliyi ondan elektrik şəbəkələrindən uzaq məntəqələrdə və böhranlı şəraitdə istifadənin mümkün olmasıdır. Bu da son dərəcə önəmli məsələdir.

Tofiq bu dondurucunun istifadə texnologiyasının son dərəcə sadə olduğunu xatırladaraq, deyib: Bu dondurucunun digər üstün cəhəti onda hər hansı bir mühərrikdən istifadənin olunmamasıdır. Buna görə də, onu təmir etmək çox asan və digər günəş dondurucuları ilə müqayisədə xeyli rahatdır.
Tofiq həmçinin deyib: Bu dondurucunun düzəldilməsində foto-voltayik maddəsindən istifadə edilmədiyi üçün, onun dəyəri foto-voltayik maddələrin istifadə edildiyi dondurucular ilə müqayisədə aşağıdır.

Bu layihənin icraçısı Müctəba Ejeiyan isə deyir: Bu cihaz termodinamikadan istifadə ilə işləyir və digər enerji qaynaqlarına o cümlədən elektrik enerjisinə ehtiyac yoxdur . Sırf günəş enerjisindən istifadə edir.
Bu tədqiqatçı dondurucunun iş prinsipi barədə də deyib: Bu cihazın kamil bir dövr işləməsi 24 saat yəni bir gecə-gündüz davam edir. Gündüz vaxtı cəzb olunaraq, elektrik enerjisinə çevrilən günəş enerjisi batareyalarda yığılır və cihazın gecə vaxtı soyuducu kimi öz işini görməsi üçün ondan istifadəsinə şərait yaradır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu