Suriya xarici işlər naziri terrorizmi himayə edən ölkələrin Suriyada terrorçulara olan yardımlarını dayandırmağa məcbur edilməli olduqlarını bildirib.
Vəli Müəllim Hindistanın xarici işlər nazirinin müavini ilə görüşdə deyib: Cenevrə 2 konfransı terrorçuları himayə edən tərəfləri terrorçulara etdikləri hərbi və maliyyə yardımlarını dayandırmağa məcbur etməlidir.
O daha sonra deyib: Cenevrə 2 konfransı Suriyanın üzləşdiyi terrorizm ilə mübarizəyə diqqət göstərməlidir.
Müəllim əlavə edib: Dəməşq üzvləri dünyanın 80 ölkəsindən olan terrorçu qruplaşmalarla savaşdadır.
Əlməyadin əlavə edib: Ənnüsrə Cəbhəsinin onlarla silahlısı Məlula və əl-Qəstil şəhərləri arasında yerləşən Qələmun məntəqəsində Suriya ordusu tərəfindən pusquya düşürülərək, öldürülüblər.
Ənnüsrə Cəbhəsinin 32 üzvü də Livan ilə sərhəd məntəqəsində Livan Hizbullahı ilə toqquşmada öldürülüb.