İran İslam Respublikasının BMT-dəki nümayəndəsi vurğulayıb ki, İran qətnaməsi dünyada ifratçılıqla mübarizə istiqamətində atılan ilk real addımdır.
İranın BMT-dəki nümayəndəsi- Məhəmməd Xəzayi İran prezidentinin BMT Baş Assambleyasının qətnaməsi formasında kobudluqla mübarizə üzrə təklifinin təsdiq olunmasının önəmini şərh edərək, söyləyib: Bu gün ölkələrin daxili işlərinə müdaxilə etmək, onların milli maraqlarına zərbə vurmaq və dünyadakı bəzi ölkələrin nüfuzunun genişləndirilməsi və inkişaf etdirilməsi üsulunun əsası ifratçı qrupların gücləndirilməsidir ki, kobudluqdan və hətta müəyyən qədər kimyəvi silahlardan istifadə ilə dünya xalqları üçün başlıca problemlər törədibdir.
İranın BMT-dəki nümayəndəsi bəzi qərb dövlətlərinin ifratçı və kobudluq tərəfdarı olan qruplarla mübarizə məsələsindəki sözləri və əməllərini tənqid edərək, deyib: Həmin ölkələr aşkar və gizli surətdə terrorçu qrupları dəstəkləyirlər.
Həsən Ruhaninin BMT-də 190-dan yuxarı ölkənin nümayəndəsi qarşısında ilk iştirakı və çıxışından iki ay sonra çərşənbə günü İran prezidentinin “Kobudluq və ifratçılıq əleyhinə dünya” (World Against Violence and Extremism) adlı təklifi BMT Baş Assambleyasının qətnaməsi formasında qəbul edildi.