ABŞ-ın İranla bağlı sanksiyaları və bununla bağlı siyasətlərinin davam etməsi nüvə danışıqları prosesini problemlə üzləşdirəcək.
Bu barədə məlumatı Fars xəbər agentliyi yayıb.
Daxil olan məlumata əsasən İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələləri üzrə müavini Abbas İraqçı 24 noyabrda Cenevrədə İranla Altılıq qrupu arasında imzalanan razılaşmadan bəri ABŞ konqresinin Tehrana qarşı yeni embarqoların tətbiq edilməsinə dair çıxardığı qərarlarına işarə edərək deyib: Xoşməramlılıq gələn danışıqların aparılması üçün zərurət kəsb edir və tərəflər ona riayət etməlidirlər.
“Amerika rəsmiləri ölkədə daxili problemlərlə üzləşdiklərinə görə xüsusilə də ABŞ konqresini və bu müddət ərzində fəallaşan müxtəlif lobbiləri razı salmaq üçün Cenevrə razılaşmasına qarşı addım atırlar. Bu da əməkdaşlıq prinsiplərindən eləcə də xoşməramlılıq üsulunun məcrasından kənardır.” Deyə İraqçı sözlərinə artırıb.
Onun sözlərinə görə əgər İran və Altılıq qrupunun nüvə danışıqları prosesində nüvə məsələləri ilə əlaqədar olmayan fikirlər irəli sürülsə onda danışıqlar prosesinin atmosferi qeyri-konstruktiv olacaq.