İraqın təsirli siyasi liderlərindən Müqtəda Sədrin, ölkədə yaşanan böhranın həlli üçün 8 maddəlik bir plan təqdim etdiyi bildirildi.
Fars xəbər agentliyinin bildirdiyinə görə Sədr Hərəkatı İnformasiya Bürosu tərəfindən yayımlanan məlumatda hazırlanan səkkiz maddəlik planla ramazan ayının əvvəlində ölkədəki problemə həll olmasının umulduğu ifadə edildi.
Xəbərə görə Müqtəda Sədr tərəfindən təklif edilən planda bu xüsuslar təklif edilir:
Şiddətin dayandırılması, hökumətin mülayim sünnilərin qanuni tələblərini yerinə yetirməyi öhdələrinə etməsi, yeni hökumətin qurulma prosesinin sürətləndirilməsi, şiələrin və sünnilərin terrorist qrupları ortaq şəkildə qınaması, Baasçıların və terroristlərin dialoq əhatəsinin xaricində tutulması, işğalçı ABŞ ilə bölgə ölkələrinin İraqın daxili işlərinə müdaxilələrinin dayandırılması, işğalçı olmayan ölkələrin İraq ordusuna dəstəyinin təmin edilməsi və milisləri döyüşə ortaq edilməməsi.
Nümayiş olunan məlumatda Sədr Hərəkatının Sünni qruplarla bir çox dəfə dialoq cəhdində olduğu; ancaq təklifinə müsbət cavab ala bilmədiyi ifadə edildi.