Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasının, “Misirin Afrika Birliyindəki fəaliyyətlərinə davam etməsi” qərarını təsdiqlədi
Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasının, “Misirin Afrika Birliyindəki fəaliyyətlərinə davam etməsi” qərarını təsdiqlədiyi bildirildi.
Cibuti keçmiş baş naziri və Afrika Birliyi Misir Üst Səviyyə Komissiyası üzvü Dileita Məhəmməd Dileita, Ekvador Ginesi’nin paytaxtı Malabo’da toplanan Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasının Zirvəsi sonrası etdiyi şərhdə, “Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasının liderləri, daha əvvəl səfirlərin yekdilliklə aldığı ‘Misirin Afrika Birliyindəki fəaliyyətlərinə davam etməsi’ qərarını təsdiqlədi “ifadəsini istifadə etdi.
Dileita, yekdilliklə alınan bu qərarın, Misirin Afrikadakı yerini göstərdiyini ifadə edərək, Misir prezidenti Abdulfəttah əs-Sisi’nin bu gün başlayacaq Afrika Birliyi zirvəsinə qatılmasından məmnunluq duyduğunu dilə gətirdi.
Zirvə əvvəli toplanan Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasının, 17 İyunda Misirin üzvlüyünün təxirə alınması qərarını yekdilliklə ləğv etdiyini açıqlamışdı.
Ekvador Ginesi’nin paytaxtı Malabo’da bu gün başlaması gözlənilən Afrika Birliyi sammiti, sabah sona çatacaq.