AsyaAvropaDünyaİranXƏBƏRLƏR

İranın BMT-dəki nümayəndəliyi virusla hədəfə alınıb

İranın BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahındakı ofisi üzərində sionist rejimə məxsus marka olan təhdid xarakterli naməlum bir bağlama vasitəsilə virus hücumuna məruz qalıb.
İRİB-nin Nyu-Yorkdan verdiyi məlumata görə, İranın BMT-dəki nümayəndəliyinin Nyu-Yorkun 3-cü Manhetten küçəsində yerləşən ünvanına göndərilmiş bu bağlamada bir məktub ilə yanaşı bir neçə həşərat qurusu olub.
Məktubda deyilir: İsrailin düşməni olanlar virus hücumunun hədəfinə çevrilirlər.
İranın BMT-dəki nümayəndəliyi dərhal məsələ ilə bağlı İranın əlaqədar qurumlarını məlumatlandırıb və mikro-bioloji hallara müdaxilə üzrə xüsusi həkim və mütəxəssis heyəti İranın Nyu-Yorkdakı ofisinə daxil olaraq viruslu bağlama və məktubu virusun yayılması təhlükəsini önləmək üçün xüsusi diqqətlə ofisdən çıxardıblar.
Son məlumatlara görə, indiyə kimi İranın BMT-dəki nümayəndəliyinin işçilərinin hansısa virusa yoluxması barədə məlumat yayılmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu