Bəhreyn Əl-Vifaq Cəmiyyətinin baş katibinin həbs edilməsinə qarşı geniş xalq etiraz aksiyalarının ardınca bu ölkənin prokurorluğu Şeyx Əli Salmanı azad etməyə məcbur oldu.
Bəhreyn prokurorluğu bu ölkənin Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı onun evinin mülkiyyət sənədini girov saxlamaqla azad edib.
Bəhreyn Əl-Vifaq Cəmiyyətinin baş katibinin həb edilməsinin ardınca Şeyx Əli Salmanın evinin önündə geniş xalq etiraz aksiyaları keçirilmişdi.
Bəhreynin təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz bombalarından istifadə ediblər.
Livan Hizbullahı bildirdi: Böyük alim Şeyx Əli Salmanın həbs edilməsi səbəbi, Bəhreyn rejiminin siyasi və mənəvi cəhətdən aciz qalmasıdır.

