
İranın neft nazirinin müavini İranın qaz ixracatı gəlirinin ikiqat artdığını deyib.
İranın Milli Qaz Şirkətinin icraçı müdiri Cavad Ouci Mehr İnformasiya Agentliyi ilə müsahibədə beynəlxalq qaz ticarətində İranın payının artdığı və qaz ixracatının yeni proqramlarını belə açıqlayıb: İraq və Pakistana qaz ixracatı ilə bağlı yeni müqavilələr imzalandıqdan sonra qazın qonşu ölkələrə ixracı məqsədilə proqramlaşdırmalar gündəmə daxil edilib.
İranın neft nazirinin müavini boru kəməri və LNG yükləri çərçivəsində qazın ixracı üçün İran İslam Respublikasının özünəməxsus coğrafi mövqeyinə toxunaraq söyləyib: Tezliklə məqsəd bazarların müxtəlifliyi məqsədilə İran qazı ixracat yolunun xəritəsi tənzimlənəcəkdir. Məlumatı Səhər telekanalı saytı verib.
Hal-hazırda İranın maye qaz istehsalı ilk layihəsinin inkişafının 60%-ə çatdığını deyən Ouci bildirib: İranın LNC zavodu ildə 10 milyon ton mayeləşmiş qaz istehsalına malikdir və proqnoz edilir ki, gələn 3 il ərzində İranın ilk LNG yükü beynəlxalq bazarlara ixrac olunsun.
İranın Milli Qaz Şirkətinin icraçı müdiri həmçinin təbii qazın Türkiyə ixracının artırılmasının vəziyyəti barəsində deyib: Mövcud müqavilələrə əsasən hazırkı şəraitdə ildə orta hesabla 10 milyard kubmetr maye qaz Türkiyəyə ixrac olunur.