
Müsavat Partiyasının başqanı, partiyanın prezidentliyə namizədi İsa Qəmbər bir qurup gənc ilə görüşdə deyib : “Xalqın hakimiyyətə gəlməyinin yolu mübarizədən keçir”.
İsa Qəmbər deyib : “Hakimiyyəti dəyişməyin yolu iclas və bəyanatlardan deyil meydanlardan keçir. Demokratik mühit üçün meydana girmək lazımdır. Bu yolla xalqı fəallaşdırıb, dinc yolla, xalqın gücü ilə hakimiyyəti dəyişməliyik. ”
İsa Qəmbər məlumat verib ki, Müsavat Partiyası seçki platforması üzərində işləyir.
O deyib : “Hakimiyyət gəncləşməlidir. 25-35 yaşlılar üstünlük təşkil etməlidir. Biz gənclərin hökumətini yaratmaq istəyirik. İstədiklərimiz budur. İnanıram ki, buna gücümüz çatacaq”.
İsa Qəmbər “Hakimiyyətə gəlsəniz Qarabağ problemini necə həll edəcəksiniz?” sualına cavabında deyib ki, münaqişənin sülh yolu ilə həlli imkanları bitməyib!!
