Türkiyə Böyük Millət Məclisi(TBMM) dünən hakimlər və prokurorlar ali şurası(HSYK) ilə bağlı layihəni araşdırıb. Bu zaman millət vəkilləri arasında qarşıdurma baş verib.
Cümə axşamı günü Türkiyə Parlamentində çıxan toqquşmalarda hakim Ədalət və İnkişaf Partiyası ilə müxalifətdə olan partiyaların nümayəndələri arasında çıxan qarşıdurma nəticəsində Cümhuriyyət Xalq Partiyasının(CHP) sədr müavini xəstəxanaya köçürülüb və iclasın bu gün, cümə davam etdirilməsi qərara alınıb.
Bu məlumata görə, Hakim və Prokurorluq Ali Şurasında(HSYK) islahatların aparılması ilə müxalif olan millət vəkilləri hökumətin məhkəmə sistemini zəiflətmək istədiyinə və Türkiyədə demokratikləşmə prosesini təhlükəyə atdığına inanırlar.
Müxalifətdə olan millət vəkilləri həmçinin, Ərdoğanı korrupsiya işinin davam etdirilməsinə mane olmaqda ittiham edirlər.
Son həftələr ərzində Türkiyə hökuməti polis və ədliyyə sistemi sıralarında “təmizlik” əməliyyatı həyata keçirərək, yüzlərlə polis rəisi və əməkdaşını tutduqları vəzifələrdən azad edib.