DünyaXƏBƏRLƏR

2013-cü ildə Pakistandakı terror hücumlarının tələfatının sayı elan olunub

2013-cü ildə Pakistandakı terror hərəkətləri bu ölkənin vətəndaşları və təhlükəsizlik qüvvələrindən yeddi yüz on nəfərin həlak olması ilə nəticələndi.

Pakistanda çıxan “News” qəzeti çərşənbə axşamı günü yaydığı bir məlumatda 2013-cü ildə terror əməliyyatlarının davam etməsinə işarə edərək, yazıb ki, həmin ildə bu ölkədə qırx yeddi halda terror hücumu həyata keçirilib.
Bu məlumata əsasən, Pakistanın Taliban qrupu öz hücumlarında məscidlər, dini, siyasi toplanışlar və firqələrin müqəddəs məkanlarını hədəfə alıb.
Pakistanda siyasi partiyalar, o sıradan Xalq Partiyası, Milli Sıravi Partiyası və Milli Xalq Partiyasının başçıları və fəal üzvləri də 2013-cü ildə terror hərəkətlərinin hədəfi olublar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu