AsyaDünyaİranXƏBƏRLƏR

Böyük İnqilab Rəhbəri Mazandaran konqresinə müraciət ediblər

Mazandaran vilayətində 10 min şəhid xatirəsinin əziz tutulmasına həsr olunmuş möhtəşəm konqres keçirilib.

İranın şimalında Sari şəhərinin müsəllasında keçirilən bu böyük konqres İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullaəl-Üzma Xamenei cənablarının müraciəti ilə başlayıb.

Böyük İnqilab Rəhbəri bu önəmli müraciətində qeyd olunub : Tədqiqi əsərlər və mediaların köməyi ilə şəhidlərin xüsusiyyət və səciyyələrini əks etdirməlk lazımdır və onların xatirəsi əziz tutulmalıdır . Həmçinin bu sahədə atılan addımların əbədi yaşaması üçün tədqiq və incəsənətdən belə bəhrələnmək lazımdır.

Müqəddəs müdafiə dövründə gənclərin əzəmətli hərəkətini islam inqilabının möcüzəsi adlandıran Həzrət Ayətullaəl-Üzma Xamenei cənabları Müqəddəs müdafiə dönəmi İran xalqı üçün böyük bir imtahan olaraq həmdə müxtəlif bölgələr və şəxslərin istedadlarının çiçəklənməsi üçün bir sınaq idi və bu böyük sahədə ölkənin gizlin istedadların daha da üzə çıxmasına səbəb oldu.

Böyük İnqilab Rəhbərinin Mazandaran konqresinə ünvanladıqları müraciətin digər hissəsində müqəddəs müdafiə dövründəki sərdarların qəhrəmanlığına işarə edilərək bildirilib : Müqəddəs müdafiə dövrü, zəmin yaratdı ki , bu gənclərin sırasından hərbi sahədə püxtə strateqlər və komandanlar özlərini göstərə bilsinlər. və beləliklə hegemonçu dövlətlərin hərtərəfli himayəsinə və hərbi təchizatına malik böyük bir ordunu mühasirəyə ala bilsinlər.

O həzrət eləcədə Mazandaran ostanı əhalisinin inqilabın müxtəlif səhnələrindəki səylərinə o cümlədən , müqəddəs müdafiə dövrü və quruculuq sahəsindəki fədakarlığı və vəfadarlığına işarə edərək bu ostan əhalisinə öz təşəkkürünü bildiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu