İraq ordusu cümə günü “İraq və Şamda İslam Dövləti” terrorçu qruplaşmasının sərkərdələrindən biri və onun iki müavininin Bağdadın 250 km şimalında yerləşən Kərkük şəhərində həbs olunduğunu bildirib.
Almaniya İnformasiya Agentliyinin məlumatına görə, İraq ordusu komandanlarından ordu generalı Məhəmməd Xələf əl-Deyləmi cümə günü deyib: Təhlükəsizlik qüvvələri təhlükəsizlik xidmətlərinin məlumatlarına əsasən keçirdikləri xüsusi əməliyyatda “İraq və Şamda İslam Dövləti” adlanan əl-Qaidəyə bağlı silahlı qruplaşmaların sərkərdəsini Kərkük şəhərinin ətrafında həbs ediblər.
O bildirib: Həbs olunmuş şəxslər Suriyada təlim keçdikdən sonra bir neçə kəskin hücumu icra etmək üçün Kərkükə daxil olublar.