DünyaXƏBƏRLƏR

Azərbaycanda futzal üzrə tələbələrin turnamenti keçirilir

Azərbaycan Respublikasında İranlı Tələbələr Elm və İdman Cəmiyyətinin təşəbbüsü ilə Bakıda Qarabağ Şəhidləri adı ilə dördtərəfli futzal yarışı keçirilməkdədir.
İRİB-in Bakıdan verdiyi məlumata görə, bu yarışlarda İran, İraq, Türkiyə və Azərbaycanın tələbə komandaları iştirak edirlər.
Azərbaycan Respublikasında təhsil alan İranlı Tələbələr Elm və İdman Cəmiyyətinin katibi Mirzacani 7 dekabrın İranda Tələbə Günü olduğuna toxunaraq deyib: Bu çempionatın Qarabağ Şəhidləri adlandırılması iranlı tələbələrin, bütün islam dünyası, o cümlədən Qarabağ münaqişəsinə diqqət yetirdiyini göstərir.
Yarışların 1-ci günündə iranlı tələbələrin komandası türkiyəli tələbələrin komandasını 10:3 hesabı ilə məğlub edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu