Livan Lizbullahının baş katibinin müavini Livanda milli birlik dövlətinin qurulması üzərində təkid edib.
Livanın Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim ötən gün (cümə axşamı 2 yanvar) Beyrutun cənubunda baş verən terr.aktı pisləyərək deyib: Zahiyədə baş verən terror aktı davamlı bir ssenarınin tərkib hissəsidir ki, onun ən uyğun cavabı Livanda yaxın bir vaxtda milli birlik dövlətinin təşkil edilməsindən ibarətdir.
Şeyx Nəim Qasim deyib: Yalnız milli birlik hökumətinin təşkil edilməsi ilə Livanın dağıdılmasının qarşısını almaq mümkündür.
O bəzi livanlı siyasi şəxsiyyətlərin və qrupların yersiz və puç təkəbbürünə işarə ilə deyib: Livan heç bir qrupun xüsusi əmlakı deyil və heç bir şəxs də digərini aradan qaldırmaq iqtidarında deyil.
Həmin halda Livanın müvəqqəti baş naziri Beyrutun cənubunda baş verən partlayışın fitnə olduğunu deyərək təkidlə bildirib ki, bu kimi cinayətlərin amillərinin əsas məqsədləri ölkəni firqəçilik toqquşmalarına və daxili böhrana sürükləməkdən ibarət olmuşdur.
Nəcib Miqati Livan rəsmi xəbər agentliyinə bildirib ki, Zahiyə məntəqəsində baş verən terror aktı dəqiqən Livanın keçmiş maliyyə nazirinın ölümü ilə nəticələnən Beyrutun mərkəzində baş verən terror aktından sonra baş verib. Bu isə bu reallığı üzə çıxarır ki, terrorçular livanlıları biri-birindən fərqli görmürlər və onlar Livanda sabitliyin bərqərarının tərəfdarı deyillər üstəlik öz fitnələini reallaşdırmaqla, Livanı daxili müharibə və firqəçilik toqquşmalarına sürükləməyi qarşıya məqsəd qoyublar.
Ötən cümə axaşamı günü (2 yanvar) Livanda bomba qruaşdırılmış bir avtomobilin partlaması nəticəsində ən azı 6 nəfər həlak olub 70 nəfər isə yaralanıb.
