Tehranda islam ölkələrinin səfirləri və nümayəndəliklərinin başçılarını qəbul edən İran İslam Respublikasının prezidenti cənab Mahmud Əhmədinejad mübarək Ramazan ayı münasibəti ilə müsəlman xalqları təbrik edib, ilahi fitrət və bu dünyada yaşamağı insanların iki əsas sərmayəsi adlandırıb və deyib: Bu dünyada yaşamaq insanın ən üstün sərmayəsidir ki, onu torpaqdan Allaha çatdıra bilər. Allah bizi sevdiyi üçün çoxlu fürsətləri bizim ixtiyarımıza vermişdir.
Sözlərinin davamında region proseslərinə toxunan İran prezidenti əlavə edib: Bütün xalqlar, siyasi fəallar, siyasətçilər, qruplar, partiyalar və cərəyanlar üç əsaslı prinsip, xalqların əsaslı hüququ, bu hüququn reallaşmasının forması və bizim davranışımızın düşmənlərin mənafeyinə təsirini diqqət mərkəzində saxlamalıdırlar.
“Xalqların əsaslı hüququnun reallaşmasının yeganə yolu xalqların rəyinə hörmət bəsləmək və onun qarşısında təslim olmaqdır” –deyə Əhmədinejad söyləyib.
İran prezidenti sionistlər və imperialist başçıları bütün xalqların qəti düşməni adlandırıb və deyib: Onlar bizim xalqlar və ölkələrimizdən heç birinin inkişaf etməsi və hörmətə layiq olmasını istəmirlər, əksinə de-stabil vəziyyətdə və geridə qalmağımızı istəyirlər.
“İctimai proseslər ardınca olan hər bir şəxs sionistlərin onun tələblərinə necə reaksiya verəcəklərindən ehtiyatlı olmalıdır” –deyən Əhmədinejadın sözlərinə görə, sual ortaya çıxır ki, bizim ölkələrimizdə baş verən hadisələr sionistlərin sevincinə və yaxud narahatlığına səbəb olur?
İran prezidenti deyib: Hər bir şəxs özü və Allahı arasında düşünməli və Mavritaniya və Mərakeşdən tutmuş şərqə, şimaldan tutmuş cənuba qədər hamının haqqı olan azadlığın gerçəkləşməsi üçün düşmənlərimizin rəftarının necə olacağından ehtiyatlanmalıdır.
İran prezidenti sonda deyib: Bizim İran İslam Respublikası olaraq, Əhmədinejad müsəlman olaraq heç bir firqə və yaxud tayfa üzərində təəssübümüz yoxdur. Əksinə təəssübümüz bütün xalqların haqq, kəramət, izzət, inkişaf və rifahınadır.