Pakistan bu gün ABŞ və terrorizm əleyhinə xalq etirazlarının şahidi olub.
Pakistan şiələrindən olan minlərlə nəfər terrorçuların Bəluçestan vilayətində törətdikləri son terror aktına etiraz olaraq aksiya təşkil edib, terror amillərinin kimliyinin müəyyən edilərək, cəzalandırılmaları istiqamətində hökumətin ciddi addımlar atmasını istəyiblər.
Aksiya iştirakçıları cümə namazından sonra müxtəlif şəhərlər o cümlədən paytaxt İslamabad, Lahur, Kvetta və Kəraçi şəhərlərində keçirilən bu etiraz aksiyalarında terrorçular və ABŞ əleyhinə şüarlar verərək, təkfirçi qrupların şiələrə qarşı hücumlarını pisləyiblər.
Terrorçular çərşənbə günü pakistanlı şiə zəvvarları daşıyan bir avtobusa hücum edərək, onlarla nəfəri öldürüb və yaralayıblar.