Əfqanıstanın Qəzni vilayətində “Taliban” üzvlərinin polis məntəqəsinə hücumu nəticəsində 15 talib öldürülüb.
Ölənlər arasında 5 Pakistan vətəndaşı da var.
Hadisənin baş verdiyini təsdiqləyən Qəzni təhlükəsizlik qüvvələri atışmanın dünən gecə saatlarında başladığını və səhərə qədər davam etdiyini bildirir.
“Taliban” hərəkatının sözçüsü Zəbiullah Mücahid atışmada 6 polisin öldüyünü iddia edir.
Bundan başqa, Helmand vilayətində partlayıcı quraşdırılmış 5 motosiklet aşkar olunub.
