İranXƏBƏRLƏR

MTN-in yeni məzhəkəsi!!

MTN iddia edib ki, yenicə həbs olunmuş journalist Pərviz Həşimli xeyli sayda odlu silah və döyüş sursatının İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsinə görə həbs olunub!!

MTN iddia edib : “Pərviz Həşimov və Təvəkkül Qurbanov hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirmiş, qanunsuz olaraq daşımış, gəzdirmiş və saxlamışlar.”

İddiada əlavə olunub : “Rzanın tapşırığı ilə Hüseyn adlı digər İran vətəndaşı odlu silahları və döyüş sursatını 2013-cü il sentyabrın 17-də qaçaq yolla İrandan Azərbaycana keçirib və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseyn adlı iranlıya çatdırıb, qalan 3 min ABŞ dollarını isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürüb. Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını Bakı şəhərinə gətirib. 2013-cü il sentyabrın 17-də MTN-in əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun və Pərviz Həşimov saxlanılıb.”

Bundan əvvəl MTN iddia etmişdir ki, journalist Pərviz Həşimlinin evində onun uşağının əşyalarının içindən silah aşkar edilib!!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu