Agah mənbələr Misirin paytaxtı- Qahirədə onlarla nəfərin yaralanmasından xəbər veriblər.
“Akhavan Online” informasiya portalının məlumatına görə, Misirin kənarlaşdırılmış prezidenti- Məhəmməd Mursinin tərəfdarları bu gün Qahirənin Nəsr qəsəbəsindəki Əl-Səlam məscidi qarşısında aksiya keçirərək, Mursinin nümayişkaranə mühakiməsi ilə öz müxalifətlərini bildiriblər.
Misirin təhlükəsizlik qüvvələri aksiyaçıları dağıtmaq üçün məsələyə müdaxilə ediblər. Onlar gözyaşardıcı qazlar buraxaraq, onlarla nəfəri yaralayıblar.
Belə bir halda, Misirin şimal-şərqində yerləşən Port-Səid şəhərinin sakinləri də aksiya keçirib, insan halqası təşkil edərək, özlərinin Mursinin mühakiməsi ilə müxalifətini elan ediblər.
