İran İslam Şurası Məclisinin nümayəndələri bir bəyanatda Hizbullahın müqavimət örnəyi olaraq islam düşmənlərinin gözünün tikanı olduğunu vurğulayaraq bildiriblər: Hizbullahın adını terror qruplaşmaları siyahısına salan Avropa Birliyinə cavabı Ümumdünya Qüds Günündə verəcəyik.
İran İslam Şurası Məclisi bütün deputatları tərəfindən imzalanan bir bəyanatda Livan Hizbullahının terrorçu qruplaşmalar siyahısına salınması ilə bağlı Avropa Birliyinin addımını pisləyib.
Bu bəyanatda bildirilir: Livan Hizbullahı sionist rejim qarşısında müqavimətin dəyərli rəmzi olaraq islam ümmətinin fəxrlərindən biridir.
Bu gün Avropa Birliyi ABŞ və sionist lobbilərin təzyiqi ilə Livan Hizbullahının hərbi qolunu terror qruplaşmaları siyahısına salıb.
Biz İranın böyük xalqının nümayəndələri Avropa Birliyinin islama və insanlığa qarşı bu hərəkətini kəskin pisləyir, Hizbullah və onun şücaətli rəhbəri Seyid Həsən Nəsrullahı qətiyyətli himayə etdiyimizi elan edir və İmam Xomeyni (rə) və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin amalları istiqamətində olan Fələstinin dəstəklənməsi və sionist rejimə qarşı çıxmaq amalını elan edirik.