Ərəb ölkələrində xalq inqilabları ilə müxalif olan və sabiq diktatorların hakimiyyətdə qalmasını istəyənlər yaxud da, yeni diktatorların hakimiyyətə gətirilməsinin tərəfdarı olanlar əl-Qaidənin yeni nəslinin formalaşmasına yol açdılar.
Halbuki, Üsamə bin Ladənin ölümündən sonrakı ötən üç ildə əl-Qaidə istər təşkilatçılıq, istərsə də ideologiya baxımından tənəzzülə uğramaqda, geri çəkilməkdə idi.
Bəzi ölkələrdə bu terror təşkilatının yenidən formalaşması bəzi vaxtlar bu ölkələrin daxili böhranlı şəraiti ilə əlaqələndirilir. Çünki, ərəb dünyasında ideoloji baxımdan boşluğun mövcud olması və islahatçı hökumətlərin məğlubiyyətə uğraması əl-Qaidə və əl-Qaidəçilik bazarının rövnəqlənməsinə səbəb olub.
Düşündürücü məqam isə budur ki, əl-Qaidə tərəfdarları Qərb, xüsusilə də Amerikanın dəstəyi ilə Suriyadan İraqa və Livana kimi sürətlə irəliləyirlər və ötən il bu ölkələrdə xeyli qırğınlar və cinayətlər törədiblər. Təəssüflər olsun ki, əl-Qaidənin İraqda tamamilə iflasa uğraması və məhv olması barədə söz-söhbətlərin getdiyi bir zamanda, keçmişdəkindən daha qanlı cinayətlərin şahidi olmağa başlamışıq.
Hazırda əl-Qaidə terror şəbəkəsinə bağlı “İraq və Şam İslam Dövləti” terror qruplaşması bir daha İraqın qərb bölgələrini ələ keçirmək üçün döyüşməkdədir.
Bu terror qruplaşması çalışır ki, regionda şiə və sünni arasında firqə qarşıdurması yaratsın.
“Abdulla İzam” kimi terror batalyonları firqə müharibəsini Suriyadan Livan və İraqa sürükləməyə çalışırlar. Hətta İranın Beyrutdakı səfirliyinə hücum, şiə sakinli bölgələrdə bomba partlayışları və kamikadze hücumlarını öz gündəmlərinə salıblar.
Hər halda bu qruplaşmaların növbəti açıq-aşkar hədəfləri Misir, Türkiyə, bəlkə də Azərbaycan Respublikasıdır. Misirdə hərbi diktaturanın iqtidara qayıtmasına görə, yeni əl-Qaidə üçün zəmin yaranmışdır. Çünki ordu Misir ifratçılarını əl-Qaidəyə doğru yönəldir. Hətta Bin Laden və İymən əl-Zəvahirinin canişini olan Misirin ən böyük terror qruplaşması “Ənsar Beytül-Müqəddəsi” qrupuna dəstəyini gizlətməmişdir. Beləliklə demək olar ki, Yaxın Şərqdə əl-Qaidənin yeni nəsli yaranıb.