
İran İslam Respublikasının elm, təhqiqat və texnologiya naziri İranın 2 beynəlxalq elmi bazada yüksəldiyini bildirib.
Kamran Daneşcu şənbə günü bildirib: İran dünyada ISI beynəlxalq göstəricisində 2012-ci ildə sıralamada 20-ci yerdən 2013-cü ildə 17-ci yerə və Scopus göstəricisində isə 17-ci yerdən 15-ci yerə yüksəlib.
İran alimləri tərəfindən 2012-ci ildə 70 min təkrarsız məqalənin Scopus və ISI kimi elmi və beynəlxalq etibarlı jurnallarda dərc olunduğunu bəyan edən Daneşcu söyləyib: İranın dünyada elmi inkişaf sürəti 1-ci yerdədir və Yaxın Şərqdə elmi sahədə 1-ci yeri tutur.