AsyaDünyaXƏBƏRLƏR

İİR XİN başçısı Moskvada Rusiya prezidenti ilə görüşüb

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya rəsmi səfərində Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

bu gün günortadan sonra baş tutan görüşdə Rusiya Prezidenti Vladimir Putin, İran İslam Respublikası Prezidenti Həsən Ruhaninin onu Tehrana dəvətini yüksək qiymətləndirərək deyib: yaxın zamanda İrana səfər edəcəyəm.
Ən əsas Qarşılıqlı, regional və beynəlxalq məsələlər o cümlədən Suriya mövzusunda Cenevrə-2 konfransı, İran ilə 5+1 qrupu arasında Cenevrə nüvə sazişi, İran ilə Rusiya arasında siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi, Putin ilə Zərif arasındakı görüşdə müzakirə olunan əsas mövzuları təşkil edib.
Həmçinin Moskvada İran, Rusiya və Suriyanın XİN başçılarının da birgə iclası keçirilib. İclasda Məhəmməd Cavad Zərif, Vəlid Əl-Müəllim və Sergey Lavrov Cenevrə-2 konfransı öncəsi Suriya ilə əlaqədar son mövzular barədə fikir mübadiləsi aparıblar.
Bu 3 tərəfli iclas bağlı qapılar arxasında keçirilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu