Sionist rejim Fələstin torpağının 40 faizini öz hərbi bazaları və təsisatları ilə işğal edibdir.
Sionist Haaretz qəzeti bu gün bazar günü ( 26 yanvar ) bir məlumatda bildiribdir ki, Sionist rejim hərbçiləri Fələstin torpağının geniş sahəsini işğal edərək İordan Çayının Qərb Sahili və 1948-ci ildə işğal edilmiş ərazilərində fələstinlilərin ərazilərini müsadirə etmələrinə səy göstərirlər.
Sionist Haaretz qəzeti , İsrail rejiminin müharibə nazirliyi tərəfindən özünün xüsusi hərbi təchizatları üçün milyonlarla dollar xərclənməsinə işarə edərək İsrail rejiminin hərbi bazalarının böyük bir hissəsinin işğal edilmiş Fələstinin cənubunda , onlarla başqa hərbi bazanın isə 1948-ci ildə işğal edilmiş ərazilərin mərkəzi məntəqələrində olduğunu bildirib.