DünyaXƏBƏRLƏR

Milli Şura bəyanat yaydı

Milli Şuras bəyanat yaydı. Bildirdi ki, Azərbaycan Respublikası hakimiyyəti demokratik qüvvələrin azad və ədalətli seçkilər uğrunda mübarizəsinin qarşısı ala bilməyəcək.

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanat yayıb. Milli Şuranın bəyanatında siyasi baxışlarına görə müxalifətçilərin həbs edilməsi, eks-deputat Hüseyn Abdullayev və polvoknik İsa Sadıqovun beynəlxalq axtarışa verilməsi pislənilib.

Bəyanatda deyilir: “Bu ilin əvvəlindən hakimiyyətin siyasi fəaliyyətin məhdudlaşdırması, siyasi baxışlarına görə insanların təqib edilməsi istiqamətində başlatdığı siyasət davam etməkdədir. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və “Real” Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun İsmayıllı hadisələrinə görə ittihamlandırılaraq həbs olunması, daha sonra “NİDA” Gənclər Hərəkatının üzvlərinin həbsi ilə davam etdi. Bir müddət əvvəl səsələndirdiyi fikirlərə görə, tanınmış hüquqşünas Qurban Məmmədov qondarma ittihamlarla azadlıqdan məhrum edildi. İqtidarın yürütdüyü repressiya siyasəti nəticəsində Tural Həsənzadə, Daşqın Məlikov, İlqar Rzayev, Hilal Məmmədov, Nigar Yaqublu, Əvəz Zeynallı, Nemət Pənahlı, Tale Bağırzadə, Abgül Süleymanov, Möhsün Səmədov, İlham Əmiraslanov, İlkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Şahin Novruzlu, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşadət Axundov, Nicat Əliyev məhz siyasi baxışlarına görə azadlıqdan məhrum ediliblər.

Milli Şura Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun şərlənərək həbs olduğunu bildirir. Milli Şura eyni zamanda keçmiş deputat Hüseyn Abdullayev, keçmiş korpus komandiri İsa Sadıqov barəsində qaldırılmış cinayət işlərini, Prezident apparatı işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin həbsini hakimiyyətin cəmiyyətdə xof yaratmaq, toplumda siyasi aktivliyin qarşısının alınmasına cəhd kimi dəyərləndirir.

Milli Şura bəyan edir ki, hakimiyyətin demokratik qüvvələrin Azərbaycanda azad və ədalətli seçkilər uğrunda mübarizəsinin qarşısını siyasi repressiyaları gücləndirməklə almaq heç bir nəticə verməyəcək”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu