İran islam respublikasının yenicə seçilmiş prezidenti Həsən Ruhani bu gün səhər çağı, Prezident Mahmud Əhmədinejad isə gün ortadan sonra Qom şəhərində olublar.
Seçilmiş prezident höccətül-İslam Həsən Ruhani Qomda təqlid mərcələri Ayətullah Safi Qolpayeqani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani, Ayətullah Şübeyri Zəncani, Ayətullah Sübhani və Ayətullah Musəvi Ərdəbili ilə görüşüb onlarla danışıqlar aparıb.
Seçilmiş prezident öncə Həzrəti Fatimeyi Məsumənin(S.Ə) pak ziyarətgahının zərihinin təmizlənilməsi mərasimində iştirak edib.
İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad da bu gün günortadan sonra bir tikinti-abadlıq layihələrinin açılışında iştirak üçün Qom şəhərinə daxil olub.
100 çarpayılı İmam Rza(ə) xəstəxanasının istifadəyə verilməsi, dəmir yolu layihəsinin icrasına start verilməsi, Həzrəti Məsumə(s.ə) ziyarətgahını Cəmkəran məscidinə qovuşduran 7 kilometr uzunluğunda olan Peyğəmbəri Əzəm magistral yolunun istifadəyə verilməsi Əhmədinejadin qom səfərinin proqramlarından ibarət olmuşdur.