DünyaXƏBƏRLƏR

Məscidlər Ramazana hazırlanır

Məscid hörmət və izzət məkanıdır və Allah Tala məscidlərə qayğı göstərilməsini buyurur.

Məscidin hörmətinin qorunması, onların abad edilməsi və təmiz saxlanılması imanın nişanəsidir.

Məscidlərin mübarək Ramazan ayı mərasimlərinə hazırlanması məqsədilə hər il Şəban ayının son 10 günü İranda Məscidlərdə Təmizlik Günü adlandırılıb.

Məscidlərin təmiz saxlanılması, abadlaşdırılması və möminlərin daim məscidlərə baş çəkmələri Allah Evini abad saxlamağın əsas şərtlərindəndir.

Məscidin təmiz saxlanması onun yüksək mövqeyinə uyğun şəkildə olmalıdır. Məscidlərin təmiz saxlanılmasında səhlənkarlığa yol vermək məscidə hörmətsizlik sayılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu