İranXƏBƏRLƏR

Əhmədinejad 8 illik prezidentlik dövrünün ilk hesabatını təqdim etdi

İran İslam Respublikası prezidenti öz hökumətinin 8 illik fəaliyyəti ilə bağlı ilk hesabatını təqdim edib.

Mahmud Əhmədinejad çərşənbə günü axşam İranın 1-ci telekanalında olaraq, öz hökumətinin fəaliyyəti ilə bağlı hesabat təqdim və onu müdafiə edib.

İran prezidenti canlı olaraq yayımlanan bu verilişdə deyib: İran işçi qüvvəsi, maddi sərvət və coğrafi baxımdan misilsiz potensiallara malikdir və İran xalqı ən yüksək yaşam səviyyəsinə malik ola bilər.

Mahmud Əhmədinejad həmçinin, öz hökumətinin iqtisadiyyat sahəsindəki siyasətlərini müdafiə edərək, kiçik biznes fəaliyyətlərini himayə məqsədilə kreditlərin ayrılmasını, subsidiyaların məqsədyönlü şəkildə xərclənməsini, Mehr məskən layihəsini özünün ən uğurlu iqtisadi proqramlarından adlandırıb.

İran İslam Respublikası prezidenti ölkənin valyuta ehtiyatının 100 milyard dollardan çox olduğunu bildirərək, İranın bugünkü valyuta ehtiyatının bu ölkə tarixində misilsiz həddə olduğunu bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu