DünyaİranXƏBƏRLƏR

İnqilab Rəhbəri ABŞ-la bağlı müzakirələrə münasibət bildiriblər

İslam İnqilabının Böyük Rəhbəri müqəddəs Məşhəd şəhərində İmam Rzanın (ə) ziyarətgahında İmam Xomeyni (rə) adına səhndə etdiyi önəmli çıxışında bildiriblər:  ABŞ-la müzakirəyə nikbin deyiləm. Lakin Birləşmiş Ştatlarla müzakirəyə də qarşı deyiləm.
Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabının Böyük Rəhbərinə böyük rəğbət bəsləyən çoxlu sayda insanın qarşısında deyiblər: Amerikalılar quruluşu dəyişmək istəmədiklərini bildirirlər. Biz sizin quruluşu dəyişib-dəyişməyəcəyinizdən nigaran deyilik. Dəyişmək istədiyiniz zaman heç bir iş görə bilmədiniz. Bundan sonra da bunu edə bilməyəcəksiniz.

Müzakirə məsələsinin dəfələrlə irəli sürüldüyünə toxunan Böyük Rəhbər buyurublar: Müzakirə İran xalqı və bütün dünyanın ümumi fikrini aldatmaq üçün bir amerikan taktikasıdır. Siz (ABŞ rəsmiləri) sübut edin ki, belə deyildir.

 

Həzrət Ayətullahülüzma Xamenei İran İslam Respublikasının əsas düşmənlərinə toxunaraq bildiriblər: İran xalqı ilə düşmənçiliyin əsas və məkrli plan mərkəzi ABŞ hökumətidir və 34 ildən sonra hələ də düşmən adı çəkildiyində İran xalqının diqqəti ABŞ-a yönəlir.

Həzrət Ayətullahülüzma Xamenei İran İslam Respublikasının heç vaxt təzyiqə təslim olmayacağını bəyan edərək vurğulayıblar: Nüvə məsələsi barəsində danışıqlarla bağlı müxalifətim yoxdur. Lakin bəzi məsələlər aydınlaşmalıdır.

“Amerikalılar bizə müraciət ünvanlayırlar ki, İranla müzakirələrdə sədaqətli şəkildə davranaq” deyən İnqilab Rəhbəri bildiriblər: Biz dəfələrlə demişik ki, atom silahı ardınca deyilik və siz bu sədaqətli söhbətə inanmırsınız. Nə üçün biz sizin sözünüzə inanaq?

Həzrət Ayətullahülüzma Xamenei bəzi vaxtlar rəhbərlik tərəfindən şəxslərin amerikalılarla müzakirələr aparmaları ilə əlaqədar qərblilərin şayiələr yaydıqlarına toxunaraq söyləyiblər: Onların bu açıqlamaları bir taktika və məhz yalandır.

Amerikalıların nüvə müzakirələrinin sona çatmaqda maraqlı olmadıqlarını deyən Böyük Rəhbər əlavə ediblər: İran nüvə məsələsində yalnız uranın zənginləşdirilməsi haqqının tanınması istəyir.

“Amerikalılar müzakirələrin davam etməsi ilə İran xalqına təzyiq göstərmək istəyirlər ki, öz bildirdiklərinə görə İran xalqını iflic etsinlər” –deyən Böyük Rəhbər vurğulayıblar: İran heç vaxt iflic olmayacaq və əgər amerikalılar işin bitməsini istəyirlərsə, bir asan həll yolu vardır və o da budur ki, Amerika İran xalqı ilə düşmənçilikdən əl çəksin.

Həzrət Ayətullahülüzma Xamenei Amerikanın indiyə qədər İran qarşısında məğlubiyyətə uğradığını və bu düşmənçiliyi davam etdirdiyi halda yenə də məğlubiyyətə uğrayacağını bəyan edərək söyləyiblər: Amerikalılar üçün məntiqli yol öz siyasət və davranışlarını islah etmək və İran xalqı ilə düşmənçilik etməməkdir.
İran xalqına qarşı Birləşmiş Ştatların proqramlarının 1391-ci hicri şəmsi ilinin əvvəlindən başlandığını və iyun ayının sonlarında gücləndiyini bildirən Böyük Rəhbər xatırladıblar: Onlar xüsusi elçiləri İrana qarşı neft sanksiyası tətbiq etmək üçün ölkələrə göndərirdilər.

Böyük Rəhbər bəyanatının digər bir hissəsində üzünü dövlətlərə tutaraq söyləyiblər: Bizim neftdən asılılığımız kəsilməlidir.

Sanksiyaların bəlkə də İran xalqına müəyyən qədər təsir etdiyini deyən İnqilab Rəhbəri bildiriblər: Lakin bu təsir amerikalıların ardınca olduqlarının nəticəsi deyildir.

Böyük Rəhbər sionist rejimə xəbərdarlıq edərək vurğulayıblar: Sionist rejim başçıları bilməlidirlər ki, onlardan yanlış bir hərəkət baş verərsə, İran xalqı Təl-Əviv və Hayfanı yerlə-yeksan edəcək.

Sionist rejimin İran xalqının düşmənləri sırasında yer ala biləcək həddə olmadığını bəyan edən Həzrət Ayətullahülüzma Xamenei bu rejim başçılarının hədələrinə cavab olaraq deyiblər: Əgər onlardan yanlış hərəkət baş verərsə, İran Təl-Əviv və Hayfanı yerlə-yeksan edəcək.

Böyük Rəhbər bildiriblər: Zalım struktur 1391-ci il günəş ilində siyasət səhnəsində İran İslam Respublikasının qüdrət və nüfuzunu bir daha hiss etdi. Onların öz etiraflarına görə İranın iştirakı və səsi olmadan regionda heç bir önəmli məsələ və problem həll olunmayacaq. Qəzzəyə hücum məsələsində özləri etiraf etdilər ki, İranın səhnə arxasındakı güclü iştirakı onların məğlubiyyətinə səbəb oldu.

“Qərblilər dedilər ki, əgər İslam Respublikasının dəstəyi olmasaydı, fələstinli gənc mübarizlər İsrail qarşısında müqavimət göstərə bilməzdilər və az qalmışdı ki, bu rejimi diz çökdürsünlər” –deyə İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər.

Peyk və canlının kosmosa göndərilməsi, elm və elmi məqalələrin yaranmasında nəzərə çarpacaq irəliləyiş, nano-texnologiya və nüvə enerjisi sahələrindəki inkişaf kimi elmi nailiyyətləri sadalayan Böyük Rəhbər bildiriblər: İran xalqı 1391-ci hicri şəmsi ili və sanksiyaların kulminasiyada olduğu ildə elm və texnologiyada diqqətləri cəlb edəcək işlər həyata keçirdi.

İnqilab Rəhbəri 1391-ci ilin hərbi manevr və məşqlər meydanı olduğunu və düşmənlərin kor gözünə İran xalqının iflic olmadığını, üstəlik özündən nailiyyətlər nümayiş etdirdiyini bəyan edərək deyiblər: Əlbəttə öz zəifliklərimizi də tanıdıq ki, bu da hərbi təlimlərin xüsusiyyətidir.

Ölkənin gələcəyi ilə bağlı iki önəmli məsələyə toxunan Böyük Rəhbər bildiriblər: Biz proqramlaşdırmalarda düşməndən daha irəlidə olmalıyıq və düşmən qarşısında passiv addım atmamalıyıq. Müqavimət iqtisadiyyatında əsas məsələlərdən biri iqtisadiyyatın müqavimətli olmasıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu