DünyaXƏBƏRLƏR

Ukraynada anti-etiraz qanunları ləğv edilib

Ukrayna parlamentinin üzvləri bu ölkədə iki aylıq siyasi çıxılmaz vəziyyətə son vermək məqsədi ilə müxaliflərin qəzəbinə səbəb olan anti-etiraz qanunlarını ləğv etdilər.

Bu gün çərşənbə axşamı (28 yanvar) Ukrayna parlamentində səs vermə zamanı 361 millət vəkili qeyd edilən qanunların ləğvinə müsbət səs verdilər və yalnız iki millət vəkili bu qanunların ləğvi ilə müxalifət etdilər.

Səsvermədən öncə elə həin gün Ukraynada siyasi gərginliklərin şiddətlənməsi ilə eyni zamanda bu ölkənin baş naziri Mikola Azarov öz vəzifəsindən istefa verib. Ötən gecə də Ukrayna prezidenti Viktor Yankoviç və müxaliflərin rəhbəri Arsney Yatsenyuk görüşərək etirazları məhdudlaşdıran qanunların ləğv edilməsi haqda razılıq əldə etdilər. İki tərəf həmçinin dövlət binalarının işğalına və keçid yollarının bağlanmasına son verilməsi şərti ilə həbs edilən etirazçıların əfv edilməsi haqda razılıq əldə etdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu