Livan ordusu ölkənin müxtəlif məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirir.
Livan ordusu Abdulla İzam təkfirçi terror dəstəsinin liderlərindən olan Ömər əl-Ətrəşin etiraflarının ardınca ölkənin müxtəlif məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Livan ordusu bir bəyanat yayaraq bildirib ki, Ömər İbrahim əl-Ətrəş Suriyada terrorçular ilə əməkdaşlıq edir və terrorçuların Livan ərazisinə köçürülməsində rolu var.
Bu məlumata görə, Əmər İbrahim əl-Ətrəş Livan ordusu tərəfindən həbs edildikdən sonra öz etirafında bildirib ki, Livanın müxtəlif məntəqələrində terror aktlarının törədilməsi üçün terrorçular və təkfirçilərin ixtiyarına xeyli silah, əldəqayırma bombalar və partlayıcı qurğular verib.