İranın irəli sürdüyü təklifinin BMT-nin Baş Assambleyasınsda qətnamə kimi ratifikasiya edilməsi Sionist rejimi təcrid edib.
BMT Baş Assambleyasında İranın “İfratçılıq və kobudluq əleyhinə dünya” adlı irəli sürdüyü təklif haqda qərarın qəbul edilməsi Sionist İsrail rejimini təcridə məruz qoyub.
İranın xarici işlər nazirinin Afrika məsələləri üzrə keçmiş müavini Cavid Qurbanoğlu Tehranda nəşr edilən “Şərq” qəzetində dərc etdiyi məqalədə yazıb: İran prezidenti Həsən Ruhaninin “ifraçılıq və kobudluğa qarşı dünya” adı ilə təklif etdiyi ideyası, artıq bu reallığı önə çəkir ki, hazırda dünya müharibə, ifratçlıq və kobudluqdan yorulduğu üçün dünya çapında hər bir insani təsvirin yaradılmasına yardım göstərən hər bir ideyanı dəstəkləyir.
Xarici İşlər Nazirliyinin keçmiş baş direktoru Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandelanın insanlığın bərpa edilməsi üçün təşəbbüslərinə toxunaraq deyib: İranın irəli sürdüyü təklif dünyanın hegemon güclərini məntiq gücü ilə qarşı-qarşıya qoyubdur.
Həsən Ruhaninin BMT-də 190-dan çox ölkə təmsilçiləri qarşısında etdiyi ilk çıxışında İfratçılıq və kobudluğa qarşı dünya (World Against Violence and Extremism) adı ilə təqdim etdiyi təklif ötən çərşənbə günü BMT-nin Baş Assambleyasında bir qətnamə çərçivəsində BMT üzvlərinin qətiyyəti və səs çoxluğu ilə ratifikasiya edildi.