İİR ABŞ qüvvələrinə zərbə vurmaq və onlarla qarşılaşmaq üçün yüksək gücə malikdir.
İİR ordusu hava qüvvəsinin baş komandanının müavini general-pilot Əziz Nəsirzadə bu gün bazarertəsi amerikalıların regiondakı mövqelərinin kövrəkliyinə işarə edərək söyləyib: İlk zərbə ilə onların stabilliyi pozulandır və İranın silahlı qüvvələri regiondan kənar hərbi qüvvələrə əsas zərbələr vurmaq imkanına malikdirlər.
Nəsirzadə İran ordusu hava qüvvələrinin pilotsuz təyyarələrdən istifadə kimi yeni sahələrə daxil olmasına işarə edərək vurğulayıb: Modern ölkələrlə bərabər pilotsuz təyyarələrdən istifadə istiqamətində irəliləyirik. General Nəsirzadə həmçinin Miraj hərbi təyyarələr üzərində yeni təchizatların quraşdırılmasına toxunaraq xatırladıb: Bu hərbi təyyarələrin uçuş müddətlərini çoxaltmışıq və ölkəmizin istehsalı olan silahlar da daşıya bilərlər. Həmçinin ölkə daxilində Kosər adlı hərbi təyyarələrin istehsalı layihəsi icra mərhələsindədir.