İslam Əməkdaşlıq Təşkilatının baş katibi İran rəsmiləri ilə görüşüb, fikir mübadiləsi aparmaq məqsədi ilə Tehrana səfər edəcək.
Müxbirimizin verdiyi məlumata görə İslam Əməkdaşlıq Təşkilatının yeni baş katibi Əyad Mədəni bu gecə 4 fevral İrana səfə edəcək.
Əyad mədəni bu səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüşdə bir sıra vacib məsələlərə o cümlədən Fələstin və Suriya məsələsini mübahisə edəcək. O həmçinin İran rəsmilər ilə qarşılıqlı münasibətlər, eləcə də region və İslam dünyasının məsələlərini müzakirə edəcək.
İran İslam Respublikası İslam ictimaiyyəti ilə bağlı məsələlərlə ciddi yanaşıb. Ona görə də hazırda İƏT-na böyük önəm verir. Bu təşkilatda İranın yeri və təsir nüfuzu böyükdür.
İran İslam inqilabının əzəmətli qələbəsi tarixindən bəri bu təşkilatın təsirli və nüfuzlu üzvlərindən biri kimi tanınır.