İki nəfərin ölməsinə rəğmən Braziliyanın müxtəlif şəhərlərindəki aksiyalar hələ də davam edir.
Braziliyalı aksiyaçılar hələ də küçələrdə və prospektlərdədirlər və polislə toqquşurlar. Bu toqquşmalar zamanı ən azı iki nəfər dünyasını dəyişib.
Guyas şəhərində ən azı iki qadın aksiya iştirakçısı avtomobil toqquşması nəticəsində ölüblər. Bu hadisə aksiyaçıların magistral yolu bağladıqları zaman baş verdi.
Braziliya xalqının korrupsiya , zəif hökumət xidmətləri habelə Futbol üzrə Dünya Çempionatının evsahibliyi üçün milyardlarla dolların xərclənməsi əleyhinə olan adsız hərəkatları hələ də davam edir.

