Misirin təhlükəsizlik qaynaqları ölkənin Sina bölgəsində 21 terrorçu şəxsin həlak olmasını təsdiqləyiblər.
Misir ordusunun bu ölkənin Sina bölgəsində silahlı qruplaşmaların bazalarına qarşı apardığı əməliyyatda terrorçu şəxslərdən 21 nəfəri həlak olub daha 20 nəfəri isə yaralanıblar. Daxil olan məlumata əsasən Misir ordusunun bu əməliyyatı Şeyx Zuyed-in cənubunda Vadi Əxzər və Rəfəhin cənubunda Coz Əburəd kəndlərində həyata keçirilib.
4 ədəd Apaçi növlü vertolyotun himayəsi ilə həyata keçirilən bu əməliyyatda misirli bir əsgər də yaralanıb.
Əməliyyatda Misir ordusu, təkfirçi qruplaşmanın üzvlərindən bir neçə nəfərini həbs edib, həmçinin terrorçulardan külli miqdarda silah-sursat , rabitə təchizatı aşkarlanıb.
