İranXƏBƏRLƏR

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Birgə Komissiyanın növbəti iclası keçirilib

Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib.

Müzakirələr zamanı iki ölkə arasında beynəlxalq avtomobil daşımalarına dair Sazişin müddəalarına riayət olunmasının mövcud vəziyyəti, beynəlxalq sərnişin və yük daşımalarındakı problemlərin araşdırılması və həlli, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, “Azəryolservis” ASC-nin əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri, eləcə də İranın beynəlxaq nəqliyyat birlikləri və sərnişindaşıma şirkətlərinin təmsilçiləri də iştirak edib.
Birgə Komissiyanın iclasının sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu