Mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. Bununla belə, “Dağlıq Qarabağ Respublikası” Azərbaycanın tərkibində qeyd olunub.
Funksiyası rus, ingilis, ərəb, fransız və digər dillərdə səyahətçilərə ölkələr, turizm obyektləri və otelləri haqqında məlumat bazası rolunu oynayan saytda qondarma “Dağlıq Qarabağ Respublikası”nın otelləri, turizm imkanları barədə məlumat verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bildirib ki, bu məsələ araşdırılır: “Müvafiq diplomatik nümayəndəliyə lazımi təlimatlar verilib”.