AzərbaycanXƏBƏRLƏR

Hacı Möhsün Səmədov : İşğalın davamı ləkədir

Azərbaycan İslam Partiyasının lideri Hacı Möhsün Səmədov torpaqların düşmən tapdağı altında qalmasını Azərbaycanın zəngin tarixinə ləkə adlalandırdı.

Azərbaycan İslam Partiyasının funksionerləri – Elçin Manafov, İnqilab Əhədli və Akif Heydərli Hacı Möhsün Səmədovla PX-in Müalicə Müəssisəsində görüşüblər
Qurumun siyasi məsələlər üzrə sədr müavini A.Heydərlinin bildirdiyinə görə, “Hacı Möhsün Səmədov cəbhə bölgəsində atəşkəsin mütəmadi şəkildə pozulması və ordumuzun itkilər verməsi məlumatını çox böyük narahatlıqla qarşıladı və bildirdi ki, daha ağrılı itki torpaqların düşmən tapdağı altında qalmasıdır. Bu isə ümumilikdə Azərbaycan xalqının milli- mənəvi mühitinə, qəhrəmanlıqlarla zəngin tarixinə ləkə gətirir.
Xalqımızın birliyi olmadan nə ölkə daxilindəki, nə də xarici düşmənlərimizlə layiqli mübarizə aparmaq olar. Hacı Möhsün Səmədov son dövrdə sadə insanlar arasında intihar hallarının artmasına da münasibət bildirdi. Qeyd etdi ki, bu, məmur özbaşınalığının, insanların çarəsiz vəziyyətə ümidsizlik girdabına salınmasının, xalqın məruz qoyulduğu mənəvi aşınma və mənəviyyat böhranı təzahürünün nəticəsidir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu