Sionist rejimin baş naziri ABŞ dövlət katibi Con Kerri ilə görüşdən öncə İran ilə nüvə anlaşmasının əldə olunmasından kəskin narazılıq edərək, deyib: İsrail belə bir anlaşmanı rədd edir.
İsrailin baş naziri Benyamin Netanyahu bu gün ABŞ dövlət katibi Con Kerri ilə görüşdən öncə İran və 5+1 Qrupu arasında anlaşmanın əldə olunması ehtimalından narazılıq edərək, deyib: İsrail heç bir vəchlə belə bir anlaşmanı qəbul etmir.
Kerri olmadan kameralar qarşısına tək çıxan Netanyahu bu haqda deyib: Mən başa düşürəm ki, iranlılar Cenevrədə razı halda gəzirlər. Onlar razı da olmalıdırlar. Çünki, onlar hər şey aldılar və heç bir şey vermədilər. İstədikləri hər şeyi.
Netanyahu əlavə edib: Onlar sanksiyaların azaldılmasını istəyirdilər, özü də uzun illər sanksiyaların tətbiq edilməsindən sonra. Onlar bu istəklərinə nail oldular.
Onlar heç nə vermədilər. Çünki, heç bir vəchlə uranın zənginləşdirilməsi potensialını azaltmırlar. Buna görə də, İran əsrin müamiləsini etmiş oldu və dünya ictimaiyyəti pis bir müamilə etmiş oldu. Bu çox pis bir müamilə idi.
Sionist rejimin baş naziri bundan öncə “anlaşmanın əldə olunmaması, pis anlaşmadan daha yaxşıdır” demişdi. Kerri dəfələrlə ona vəd vermişdi ki, İran ilə pis anlaşmaya gedilməyəcək.
Kerri ötən 72 saat ərzində 3 bar Netanyahu ilə görüşüb. İlk iki görüşün məqsədi saziş olub. Amma, onun Netanyahu ilə bugünkü görüşü İranın nüvə işi ilə bağlı olub.