İran və 5+1 qrupu arasında müzakirələrin önəmli və sıx bir şəkildə ciddiləşməsi ilə iki tərəfin müzakirəçi heyətlərinin məsləhətləşmələri bu gün 3-cü gün olaraq davam edəcək.
Bundan öncə 2 gün olması qərara alınmış Cenevrə müzakirələri ABŞ dövlət katibi, İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin Cenevrəyə qəfil səfərləri ilə 3-cü gün davam etdiriləcək.
Deyilənlərə görə, Rusiya və Çin xarici işlər nazirləri də bu gün müzakirələrə qoşulmaq üçün Cenevrəyə səfər edəcəklər.
Cenevrədən əldə olunan son məlumatlara görə, İran xarici işlər naziri, ABŞ dövlət katibi və Avropa Birliyi xarici siyasət məsələləri üzrə koordinatorunun ehtimal olunan nüvə razılaşmasının ilkin mətnini araşdırmağa dair üçtərəfli əhəmiyyətli müzakirəsi 5 saat davam etdikdən sonra ötən gecə gecəyarısı sona çatıb.
Hələlik Zərif, Kerri və Aştonun müzakirələrinin detalları ilə bağlı məlumat verilməyib. Lakin İranın yüksək səviyyəli müzakirəçisi cənab Seyid Abbas İraqçı üçtərəfli müzakirə sona çatdıqdan sonra danışıqları müsbət və konstruktiv adlandırıb və deyib: İrəliləyişlər əldə olundu və mənfi məsələlər azaldı. Lakin hələlik çoxlu iş qalıb.
ABŞ dövlət katibi Zərif və Aştonla üçtərəfli müzakirəni mürəkkəb adlandırıb.
Avropa Birliyi xarici siyasət məsələləri üzrə xanım Katrin Aşton da ötən gecəki çətin müzakirələrin sona çatdıqdan sonra danışıqlar barəsində açıqlama verməkdən çəkinib.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun sözçüsü də Cenevrə müzakirələrindən böyük irəliləyişin olduğunu bildirib.
Maykl Man deyib: Müzakirələr həssas, mürəkkəb və dinamikdir və ümidvarıq ki, bütün xarici işlər nazirlərin iştirakı ilə bu iclasda razılaşma əldə edək.