AsyaAvropaDünyaXƏBƏRLƏR

Ukraynada gərginliyə davam yoxsa tamam?

Ukraynanın paytaxtı Kiyevdə baş verən toqquşmalar zamanı ölənlər və yaralananlar sayı 28-ə çatıb.
Qarşıdurmanın yeni dalğasının başladığı fevralın 18-dən bu günə qədər 28 nəfər ölüb, 445 nəfər isə yaralanıb.
Ümumilikdə toqquşmalarda təxminən 800 nəfər xəsarət alıb
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukraynada baş verən hadisələrlə bağlı açıqlama verib: “Biz hadisələrin bu cür inkişaf edəcəyi barədə dəfələrlə xəbərdarlıq etmişdik. Çevriliş cəhdini hakimiyyəti ələ keçirmək kimi xarakterizə etmək olar. Hər şey qanunlar çərçivəsində həll olunmalıdır.”
Bu arada Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri il görüşündə barışıq razılığı əldə olunub. Bunu “Batkişvina” fraksiyasının lideri Arseni Yatsenyuk görüşdən sonra bəyan edib.
Onun sözlərinə görə, tərəflər Ukraynadakı sosial-siyasi böhranın nizamlanması ətrafında danışıqlara başlamaq barədə qərar qəbul ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu