DünyaXƏBƏRLƏR

Neftçilərin aksiyası təxirə düşə bilər

Azərbaycan Respublikasında neft sahəsində çalışan “Bos Şelf” fəhlələrinin aprelin 1-nə təyin edilən aksiya təxirə düşə bilər.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin sədri Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, artıq fəhlələrin tələblərinin bir qismi yerinə yetirilib və bu istiqamətdə danışıqlar davam etdirilir.
Artıq şirkətdə Həmkarlar Ittifaqına yeni rəhbər seçilib. Tətil başlayandan oradadır. Bütün işçilərlə görüşlər aparır.
Qəhrəmanlı əlavə edib : “Dərin Özüllər Zavoddundan gələn işçilərlə şirkətin işçiləri arasında olan maaş fərqi də aradan qaldırılıb. Əmək haqlarının artırılması məsələsinə də baxılacaq. Əmək müqavilələri ilə bağlı məsələyə baxılacaq və müqavilələr layihə müddətinə uyğun bağlanacaq”. Xatırladaq ki, martın 18-də Qaradağ rayonunda yerləşən ARDNŞ-ə məxsus “Bos Şelf” şirkətinin 3 minə yaxın neftçisi maaşlarının azlığından, sığorta problemlərindən, əcnəbi rəhbərlərinin onları təhqir etməsindən şikayətlənərək tətil elan etmişdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu