AzərbaycanXƏBƏRLƏR

İrəvan-Xankəndi aviareysi artıq bu yazda həyata keçirilə bilər

Separatçı rejim qondarma “DQR”-nın “baş nazir”i Ara Arutyunyan Fransaya səfərində bildirib : “İrəvan-Xankəndi aviareysi artıq bu yazda həyata keçirilə bilər”.
Erməni KİV-lərinin yaydığı xəbərə görə, Parisə fransalı inversotorlar ilə görüşmək üçün gedən  Ara Arutyunyan iddia edib : “Xankəndi aeroportunun məsələsi siyasi deyil, insani nöqteyi nəzərdə həll edilməlidir. Belə ki, insanların həm quru, həm də hava yolu ilə sərbəst şəkildə hərəkət etmək imkanı olmalıdır!”
Separatçı rejimin “nazir”i  Ara Arutyunyan Azərbaycanın Xankəndidən qalxacaq təyyarəni vuracağı barədə xəbərdarlığına da münasibət bildirib və deyib : “Əgər Azərbaycan zərbə endirsə, bu, yeni müharibə olacaq!”
Bununla yanaşı o iddia edib ki, Azərbaycan tərəfindən Hərbi Hava Qüvvələrinin işə salınması adekvat cavab alacaq, belə ki, qondarma “DQR”in hava hücumundan müdafiə sistemləri var.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu